Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

18 fevral 2016, 18:00

Hörmətli cənab Prezident,

Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı,18 fevral 2016-cı il.