Gerb

24 fevral 2016, 14:30

Hörmətli cənab Prezident!

Sizin və xanımınız Mehriban Əliyevanın körpələrə, uşaqlara, kimsəsizlərə göstərdiyiniz diqqət və qayğı ən uca insani dəyərlərə söykənən əvəzsiz bir işdir. Belə xeyirxah əməllər milyonlarla insanı qəlbən sevindirir, onlarda xoş hisslər oyadır.

Mən də öhdəsində 10 aylıq uşaq olan tək qadın kimi bu qayğını hər zaman hiss etmişəm. Həm özümün, həm də körpəmin sağlamlığının qorunması, yaşayış şəraitimizin yaxşılaşdırılması üçün bizə edilən köməkdən çox razıyam.

Möhtərəm cənab Prezident, mən fəxr edirəm ki, Siz daim xalqımızın arxasında dayanır ölkəmizə uğurla rəhbərlik edirsiniz. Bir Azərbaycan qadını kimi Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Hər zaman var olun.

Hörmətlə,

Məmmədova Sevinc Knyaz qızı.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.