24 fevral 2016, 14:50

Qüdrət Abdullayevadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Ötən ilin avqust ayında Şəkidə baş vermiş zəlzələ zamanı fərdi yaşayış evim yarasız hala düşmüşdü. Bununla əlaqədar müvafiq orqanların nümayəndələri tərəfindən evimə baxış keçirildi, zəruri sənədləşdirmə işləri aparıldı və yeni evin tikintisinə başlanıldı. Mənə müasir üslubda və yüksək səviyyədə ev verildi. Hazırda həmin evdə rahat, firavan yaşayıram. Bu, bir daha göstərir ki, hər bir Azərbaycan vətəndaşının problemi Sizin diqqətinizdədir və onların həlli üçün lazımi işlər görülür. 

Əziz Prezidentimiz, buna görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Abdullayeva Qüdrət İslam qızı.

Azərbaycan Respublikası, Şəki şəhəri, Şirinbulaq kəndi.