25 fevral 2016, 12:10

Məlahət Kərimovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri şəhər sakinlərini çox sevindirir. Doğma şəhərimizdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması Sizin Sumqayıt əhalisinə olan diqqət və qayğınızın bariz nümunəsidir. Bizim yaşadığımız 17-ci mikrorayonda da binaların dam örtükləri yenilənir.

Sevimli Prezidentimiz, bir Sumqayıt vətəndaşı kimi Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məlahət Məsim qızı Kərimova

69 nömrəli körpələr evi-uşaq bağçasının işçisi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 17-ci mikrorayon.