26 fevral 2016, 16:00

Zabit Qəribov və başqalarından, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident!

Yaşadığımız Zərdab rayonunun Birinci və ikinci Alıcanlı kəndlərinə təbii qazın verilməsi bizi hədsiz sevindirdi. Çünki həsrətlə gözlədiyimiz arzulardan biri reallaşdı. Xüsusilə qeyd etməyi özümüzə borc bilirik ki, Sizin tapşırığınızdan sonra kəndlərimizdə bu istiqamətdə görülən işlər daha da sürətləndirildi və uğurla yekunlaşdırıldı.

Əziz Prezidentimiz, bu sevinci bizə bəxş etdiyinizə görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi bütün arzularınıza çatdırsın, işlərinizi avand etsin.

Hörmətlə,

Qəribov Zabit Yusif oğlu

Cavadov Əlişah Cavad oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu.