Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

26 fevral 2016, 20:19

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, (II kitab), maddə 585; 2001, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddə 233, №8, maddə 463; 2003, №6, maddə 276; 2004, №5, maddə 321, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761, №11, maddə 890; 2005, №1, maddə 4, №4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006, №1, maddə 3, №2, maddə 64, №5, maddə 390, №10, maddə 847, №11, maddə 929, №12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddələr 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, №3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599; 2012, №7, maddə 674, №11, maddə 1062, №12, maddə 1215; 2013, №2, maddə 77, №6, maddələr 616, 626, №7, maddə 786, №11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.0.34-cü maddədən “mülkiyyətində olan və ya icarəyə götürülmüş” sözləri çıxarılsın və həmin maddədə “yataqxanada” sözü “sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında” sözləri ilə əvəz edilsin.

2. 243.3.2-ci maddədə “həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən” sözləri “azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından” sözləri ilə əvəz edilsin.

3. 445.1.5-ci maddədə “mənzilin” sözü “yaşayış yerinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2016-cı il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04