Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

26 fevral 2016, 20:27

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.