İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur

16 mart 2011, 19:00
İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmaq üçün buraya gəldilər.

Xəbər verildiyi kimi, bu meydanda dövlət bayrağı ilk dəfə 2010-cu il sentyabrın 1-də qaldırıldı. 2010-cu il noyabrın 9-da isə Azərbaycanda ilk dəfə qeyd edilən Bayraq Günü münasibətilə təşkil olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Muzeyinə baxış keçirdi və Bayraq Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi. Burada görülən işləri daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə nadir memarlıq abidəsi olan Bayraq Meydanının müstəqilliyimizin rəmzi olduğunu vurğulayaraq bu layihəyə böyük diqqət göstərildiyini bildirdi. Həmin müşavirədə sahəsi 6 hektar olan Dövlət Bayrağı Meydanının ətrafında aparılan böyük quruculuq, abadlıq işlərinə toxunan Prezident meydanın ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması ilə əlaqədar işlərin getdiyini dedi və layihənin bu ilin sonuna qədər başa çatacağına ümidvar olduğunu bildirdi. Bayraq Meydanının ətraf ərazilərində görülən işlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ətraflı məlumat verildi.

Dövlət başçısı və xanımı Bayraq Meydanından şəhərin panoramını seyr etdilər.

Ərazidə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10