Gerb

16 mart 2011, 19:30
W1siziisijiwmtuvmdyvmtuvotg4ctc3nny0bf80ntk1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=97d40ad009721192

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Zabitlər parkının açılış mərasimində iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zabitlər parkına gəldilər.

Dövlət başçısına parkda görülən işlər və yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, 4 hektar ərazisi olan parkda abadlaşdırma işlərinə 2009-cu ildə başlanılıb. Ərazidə mövcud olan çoxyaşlı ağaclar saxlanılmaqla burada əlavə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Parkda yeni işıqlandırma sistemi quraşdırılıb, sakinlərin istirahəti üçün müxtəlif guşələr yaradılıb. Qeyd edildi ki, parkda yerli mütəxəssislər tərəfindən daşdan yonulmuş yeni fəvvarə quraşdırılıb. Ərazidə yumşaq örtüklü, xüsusi tərtibatı ilə seçilən uşaq meydançası yaradılacaqdır. Parkda, həmçinin 700 kvadratmetrlik örtülü buz meydançasının, xarici görkəmi və orijinal tərtibatı ilə diqqəti cəlb edən buz kafesinin binasının da inşa olunduğu bildirildi.

Dövlət başçısı və xanımı parkın yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotoalboma baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisində həyata keçirilən yenidənqurma işləri və burada yaradılan şəraitlə yaxından tanış oldular. 


Böyük ölçüdə