02 mart 2016, 14:50

Elşad Babayevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Dünyada hökm sürən iqtisadi böhranın Azərbaycana təsirinin minimuma endirilməsi istiqamətindəki fəaliyyətinizi ürəkdən dəstəkləyirik. Sizin rəhbərliyinizlə iqtisadiyyatımızın daha da inkişaf edəcəyinə, xalqımızın rifahının daim yüksələcəyinə əminik.

Son vaxtlar şəhərimizdə aparılan abadlıq və quruculuq işləri yaşadığımız 11-ci mikrorayonda da müşahidə edilməkdədir. Belə ki, binaların və məhəllələrin işıqlandırma sisteminin yenilənməsi, məhəllələrdə hasarların sökülərək uşaqlar üçün oyun sahələrinin genişləndirilməsi bizi çox sevindirir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Babayev Elşad Kərim oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.