04 mart 2016, 13:30

Əfrayıl Mikayılovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələri tənəzzülə uğratsa da, Azərbaycana bir o qədər də təsir etmədi. Sizin dediyiniz kimi, “biz bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”.

İmzaladığınız fərman və sərəncamlarla əməkhaqqıları  və pensiyalar artırıldı, abadlıq-quruculuq işləri davam etdirildi. Respublikanın müxtəlif bölgələrində yolların, mədəni-məişət obyektlərinin təmir və tikintisi üçün mütəmadi olaraq lazımi vəsait ayırırsınız. Bu hal Sumqayıt şəhəri üçün də səciyyəvidir. Şəhərimizdə yaşayış binalarının dam örtükləri və liftləri yenilənib, abadlıq işləri həyata keçirilməkdədir. Xüsusilə yeni liftlərdən istifadə insanlara rahatlıq gətirib.

Əziz Prezidentimiz, bütün bunlar Sizin ölkə vətəndaşlarına, o cümlədən biz sumqayıtlılara olan diqqət və qayğınızı bir daha nümayiş etdirir. Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, “Çox sağ olun” deyirik.

Dərin hörmətlə,

Mikayılov Əfrayıl.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.