|
31 mart 2011, 19:10
Suraxanı rayonu Bülbülə kəndinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi
Qəsəbədə işlər görülür, yol tikintisi gedir. Bu, birinci addımdır. Bütün qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. Müvafiq göstərişlər verilibdir. Bildiyiniz kimi, bu məsələ ilə bağlı geniş müşavirə keçirilmişdir. Artıq proqram hazırlanır. Ümid edirəm ki, aprel ayında biz onu təsdiq edəcəyik və genişmiqyaslı işlər başlayacaqdır. Vaxt itirməmək üçün artıq bu yolun çəkilişi başlanmışdır. Həm burada, həm başqa qəsəbələrdə bu cür yollar yox idi. Torpaq yolları idi, yağış, qar yağan kimi bu yoldan keçmək mümkün deyildi. Amma indi asfalt yollardır, bu, xəritədə də göstərilibdir. Bu, necə deyərlər, hələ birinci layihədir. Bütün qəsəbə yolları tikilməlidir. Qəsəbələrdə bütün infrastruktur obyektləri bərpa olunmalıdır, yenidən tikilməlidir. İndi qaz xətləri çəkilir. Mənə deyilir ki, indi qazın təzyiqi lazımi səviyyədə deyildir. Müvafiq göstərişlər verəcəyəm ki, qazın təzyiqi artırılsın. Ölkə üzrə elektrik enerjisi ilə təchizat məsələsi bütövlükdə həll olunub. Ancaq hələ görüləsi işlər çoxdur. Xətlərin yerin altına salınması, ondan sonra elektrik enerjisinin daha da keyfiyyətlə, fasiləsiz verilməsi məsələləri vardır. Bütün bu işlərlə də məşğul olacağıq. Kanalizasiya layihəsi mütləq icra olunacaqdır. İndi xüsusi bir proqram hazırlanır. Bütün ölkə üzrə, eyni zamanda, hər bir qəsəbə üzrə kanalizasiya, içməli su proqramları hazırlanır. Bu ərazidə məktəb yoxdur. Məktəbə getmək üçün uşaqlar çox uzaq məsafə qət etmiş olurlar. Ona görə məktəb tikintisi də başlamalıdır. Yer də seçilib. Layihəni də hazırlayın və tezliklə vəsait də ayıracağıq ki, məktəb də tikilsin.
İndi bilirsiniz ki, bütün rayonlarda quruculuq-abadlıq işləri gedir. Rayonların inkişafı proqramı sürətlə aparılır. Belə olan halda Bakıətrafı qəsəbələrdə işlər daha da sürətlə getməlidir. Məhz bu məqsədlə mən müşavirədə göstəriş vermişəm ki, qəsəbələrin xüsusi proqramı olmalıdır. Çünki bu qəsəbələr, əlbəttə ki, Bakının qəsəbələridir. Ancaq burada yaşayış, həyat tərzi, necə deyərlər, qəsəbə səviyyəsindədir. Biz bunu nəzərə almalıyıq. Bakıətrafı qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. O insanların problemləri həll olunmalıdır. Həm iş yerləri açılmalı, həm sahibkarlıqla məşğul olanlar üçün güzəştli kreditlərin verilməsi və infrastruktur layihələrinin icrası təmin edilməlidir. Böyük ölçüdə 31 mart 2011, 19:05
Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi
more...
01 aprel 2011, 18:00
İlham Əliyev Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.