16 mart 2016, 19:00

Firəngiz Abbasovadan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin söylədiyiniz “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Xalqın bir nömrəli xidmətçisi mən özüməm” sözləri xalqımız arasında çox məşhurdur. Bu sözlər vətəndaşların xidmətində dayanmalı olan hər bir məmurun işinə müsbət təsir etməklə yanaşı, Sizin xalq arasında olan nüfuzunuzu və hörmətinizi daha da artırır.

Həmçinin müxtəlif zümrələrdən olan insanlara göstərilən diqqət və qayğını, onlara edilən köməyi də vurğulamaq istəyirəm. Azərbaycan torpaqlarının mənfur ermənidən qorunması uğrunda iki oğlunu şəhid vermiş ana olaraq şəhid ailələrinə, eyni zamanda, bir sahibkar qadın kimi bu sahənin inkişafına göstərilən dövlət qayğısından çox razıyam.

Möhtərəm cənab Prezident, Ağstafa rayonunda yaratdığım fermanın tez bir zamanda sənədləşdirilməsi üçün edilən köməyə görə, ilk növbədə, Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Sizin sayənizdə dövlətimiz gündən-günə daha da güclənəcək və qüdrətlənəcəkdir.

Hörmətlə,

Abbasova Firəngiz Bayram qızı. 

Azərbaycan Respublikası, Ağstafa rayonu, Qırılı kəndi.