Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu

17 mart 2016, 20:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2016-cı il.