29 mart 2016, 17:50

Fikrət Teymurov və Sənubər Əmiraslanovadan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz - Hacıqabul rayonunun təhsildə fərqlənən şagirdləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 16-dan 19-dək Quba, Qusar və Xaçmaz rayonlarında olduq. Bizə həmin regionda yerləşən abidələr və bütövlükdə Azərbaycanın tarixi barədə geniş məlumat verildi. Səyahətimiz çox gözəl idi, hər şey mükəmməl səviyyədə təşkil edilmişdi.

Möhtərəm Prezident, yetişməkdə olan gənc nəslin dünya görüşünün formalaşmasında müstəsna əhəmiyyəti olan belə tur-aksiyaların keçirilməsinə təşəbbüs göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, biz də dərslərimizi daha həvəslə öyrənəcək, Azərbaycanın inkişafı istiqamətində bütün səylərimizi səfərbər edəcəyik.

Hörmətlə,

Teymurov Fikrət Əlirza oğlu

Əmiraslanova Sənubər Vüqar qızı.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.