29 mart 2016, 18:30

Pərviz Qaraşovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün regionlarda aparılan abadlıq və quruculuq işləri hamı kimi məni də sevindirir. Həyata keçirilən layihələr nəticəsində respublikamızın inkişafı istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda təbliğ olunur. Bu layihələrdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir.

Bu layihə vasitəsilə biz məktəblilər ölkəmizin ayrı-ayrı regionlarında olaraq, həmin yerlər haqqında müfəssəl məlumatlara yiyələnir, respublikamızın şəhər və rayonlarında aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oluruq. “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində biz martın 16-dan 19-dək respublikamızın cənub bölgəsində - Lənkəran-Astara iqtisadi rayonunda olduq. Dərsliklərdə rast gəldiyimiz coğrafi obyektlərlə yaxından tanışlıq yoldaşlarım kimi məni də çox fərəhləndirdi. Yaradılan belə gözəl şəraitə görə Sizə təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, yetişməkdə olan gənc nəsil Sizin apardığınız siyasəti bəyənir və bundan sonra da Sizin arxanızca gedəcək.

Qaraşov Pərviz Bilal oğlu. 

Azərbaycan Respublikası, Gəncə şəhəri.