30 mart 2016, 20:20

Mehman Bağırov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident! 

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə uğurla keçirilən və keçiriləcək mühüm beynəlxalq tədbirlər bir daha sübut etdi ki, müstəqil Azərbaycan güclü dövlətdir. 
Yaşadığımız Gədəbəy rayonunda da gözəl ab-hava var. Cəbhə bölgəsində yerləşən rayonumuz gündən-günə abadlaşır və gözəlləşir. Bizim Misginli kəndinə asfalt yol, qaz xətti çəkilib. Bir sıra digər işlərin görülməsinin də nəzərdə tutulması kənd camaatını sevindirir, onları təsərrüfat işlərinə daha da həvəsləndirir. 
Hörmətli cənab Prezident, görülən işlərə görə Misginli sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. 

Hörmətlə, 

Bağırov Mehman
Hüseynov Səyyad
Xıdırov Həmid
Rzayev Maarif və başqaları. 

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Misginli kəndi.