Gerb

30 mart 2016, 23:00

Möhtərəm cənab Prezident! 

Artıq üçüncü ildir ki, Sizin tapşırığınıza əsasən yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya məcburi köçkün məktəblilərinin də qoşulması bizə olan diqqət və qayğınızın nəticəsidir. 
Hər bir xalqın borclu olduğu şəxsiyyətlər var. Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli Liderin ən böyük xidmətlərindən biri də gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin tərkib hissəsi hesab etməsi, gənclərin imkanlarını və bacarıqlarını yüksək qiymətləndirməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə böyük önəm verməsi olmuşdur. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur. Hazırda bu siyasət Sizin tərəfinizdən uğurla həyata keçirilir. 
Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın şimal bölgəsinə etdiyimiz səfər biz gənclərin dünya görüşünün formalaşması, vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi mədəni irsimizi öyrənməsi, adət-ənənələri ilə yaxından tanış olması və yeni dostlar qazanması üçün çox faydalı oldu. 
Çox hörmətli Prezident, bütün bunlara görə biz Cəbrayıllı məktəblilər Sizə minnətdarıq və bu bayram ərəfəsində Sizi, ailənizi ürəkdən təbrik edirik. Bahar bayramınız mübarək. 

Bahar bayramınız mübarək olsun!

Hörmətlə, 

Qaraşov Kənan Taleh oğlu. 

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.