31 mart 2016, 13:30

Kəmalə Heydərovadan, Kəlbəcər, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin göstərişinizə əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində mən də Kəlbəcər rayon ümumtəhsil məktəblərinin şagirdləri arasından seçilərək martın 16-dan 19-dək ölkəmizin dilbər guşələrindən biri olan cənub bölgəsinə olan tur-aksiyada iştirak etdim.

Bu üçgünlük səfər həyatımda silinməz xatirələrlə yadda qaldı. Bir daha şahidi oldum ki, respublikamız gündən-günə inkişaf edir, çiçəklənir. Bu inkişafın da əsas qəhrəmanı sözsüz ki, Sizsiniz cənab Prezident. Bizə yaratdığınız bu gözəl şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizə yar olsun.

Fürsətdən istifadə edərək, Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Heydərova Kəmalə Qasım qızı.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.