Tunar Şükürov və İbrahim Məmmədəliyevdən, Bakı, Azərbaycan
31 mart 2016, 13:40
Hörmətli cənab Prezident!
Ölkəmizin ümumi inkişafına, xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə xidmət edən təşəbbüsləriniz öz müsbət nəticələrini verməklə yanaşı, insanlarda xoş ovqat yaradıb. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da belə təşəbbüslərinizdən biridir.
Bu tur-aksiya çərçivəsində Zəngilan rayonunun 26 nömrəli məktəbinin şagirdləri respublikamızın şimal bölgəsinə təşkil edilən səfərdən dərin təəssüratlarla qayıdıblar.
Möhtərəm Prezident, Siz Azərbaycanı inkişaf etdirir, hər kəsə tanıtdırırsınız. Gözəl təşəbbüslərinizə və yaradılan şəraitə görə zəngilanlı şagirdlər adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Şükürov Tunar Səxavət oğlu
Məmmədəliyev İbrahim Elxan oğlu, Zəngilan rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Bakı şəhəri.