31 mart 2016, 14:15

Günay Astanovadan, Xocavənd, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan müstəqillik qazandıqdan sonra böyük iqtisadi inkişaf yolu keçib. Aparılan uğurlu islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaradıb, sosial-iqtisadi artım bütün regionları əhatə edib.

Qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi isə tikilən yüzlərlə məktəb, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, yenidən qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. “Ölkəmizi tanıyaq” tur-aksiya zamanı biz bütün bu deyilənlərin canlı şahidinə çevrildik.

Dörd gün ərzində biz müxtəlif şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər, həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olduq.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə - özünü hər bir azərbaycanlının Prezidenti adlandıran dahi şəxsiyyətə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Astanova Günay Eldar qızı.

Azərbaycan Respublikası, Xocavənd rayonu.