31 mart 2016, 15:00

Şirin Şirinlidən, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Ölkəmizi tanıyaq” layihəsi bir məktəbli kimi mənim dünya görüşümün artmasında əhəmiyyətli rol oynadı. Belə ki, cənub bölgəsində ilk dəfə olduğumdan burada gördüklərim və yiyələndiyim məlumatlar mənim üçün tam yeni idi. Hirkan Milli Parkında, Lerikdə “Uzunömürlülər muzeyi”ndə gördüklərim məni bir daha əmin etdi ki, Vətənimiz doğrudan da dünyada öz təbiəti və sərvətlərinə görə tam fərqli bir məkandır. 

Bu layihədə iştirak etdiyim üçün özümü çox şanslı hesab edirəm. Biz gənclərin yüksək təhsil alması, asudə vaxtlarımızın səmərəli təşkili üçün yaratdığınız hər bir şərait üçün rayon gəncləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şirinli Şirin Fariz oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu.