Gerb

31 mart 2016, 15:30

Hörmətli cənab Prezident!

Sizin tapşırığınıza əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahəti təşkil olunur.

Mən də “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində həyata keçirilən səfərlərin iştirakçılarından biri oldum. Bu tur-aksiya məndə olduqca xoş təəssüratlar yaratdı, ölkəmizin zənginlikləri və tarixi abidələri ilə əyani tanış oldum, yeni dostlar qazandım. Bütün bunlara görə Sizə təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək, xalqımızın əziz Novruz bayramı münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımıza sülh, sabitlik arzulayıram.

Hörmətlə,

Alırzayev Allahverdi Sərvər oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Hal kəndi.