31 mart 2016, 15:50

Məhbubə Şahbazovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma Azərbaycanımızın uğurlu inkişafını biz həyatımızın hər anında, gündəlik fəaliyyətimizdə görürük. Bu uğurların təməlində Sizin düşünülmüş, uzaqgörən siyasətiniz dayanır. Ən başlıcası isə odur ki, görülən işlərin, atılan addımların mərkəzində Azərbaycan vətəndaşını dayanır.

Ötən 2015-ci ili Vətənimizin və onun bir parçası olan Masallımızın yüksəliş və uğur ili hesab etsək yanılmarıq. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da quruculuq, abadlıq və tikinti işləri sürətlə davam etdirilir. Kəndlərə içməli su xətlərinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, yeni təhsil və səhiyyə müəssisələrinin inşası günün tələbləri səviyyəsində həyata keçirilir.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, doğma Azərbaycanımızın inkişafı naminə böyük səy göstərdiyiniz üçün hər zaman Sizin yanınızda olacaq və Sizə dəstək verəcəyik. Müstəqilliyimizin qorunması və inkişafı yolunda Sizə uğurlar arzu edirik.

Hörmətlə,

Şahbazova Məhbubə. 

Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.