Əliheydər Ağakişiyevdən, Bakı, Azərbaycan
Text size
31 mart 2016, 18:45
Möhtərəm cənab Prezident!
Ölkəmizdəki əmin-amanlığa, sosial-iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə görə Sizə minnətdarlığımı bildirirəm.
Hər gün çağdaş dünyamızda baş verən hadisələri, siyasi qarşıdurmaları və onların törətdiyi fəsadları izləyərkən öz ölkəmlə öyünürəm. Təlatümlərlə çalxalanan bu qarışıq dünyada Azərbaycan dinclik, sakitlik məkanıdır. Bunu görmək və qiymətləndirmək hər bir vətəndaşın borcudur.
Hörmətli cənab Prezident, bir daha Sizə təşəkkür edir, bütün işlərinizdə uğurlar, ən əsası möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Ağakişiyev Əliheydər Yunis oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.