Gerb

31 mart 2016, 19:30

Hörmətli cənab Prezident! 

Sizin təşəbbüsünüzlə həyata keçirilən  “Ölkəmizi tanıyaq” layihəsi sayəsində biz gənclər ölkəmizin necə zəngin bir tarixə, mədəniyyətə malik olduğunu əyani surətdə gördük və anladıq. Ata-babalarımızdan bizə miras qalan bu tarixi gələcək nəsillərə çatdırmaq işini qarşımıza şərəfli vəzifə kimi qoymuşuq. 

Layihə çərçivəsində mən və yoldaşlarım mülayim rütubətli və isti iqlimi, çayı, limonu ilə məşhurlaşan cənub bölgəsinə - Lənkəran-Astara iqtisadi rayonuna səfər etdik. Bu səfər mənim xatirələrimdən heç vaxt silinməyəcək. Bizə göstərilən bu diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. 

Hörmətli cənab Prezident, arzu edirəm ki, işğal altında olan rayonlarımız apardığınız məqsədyönlü və uzaqgörən siyasət nəticəsində işğaldan azad olunsun, biz və bizim kimi digər məktəblilər bu layihə çərçivəsində həmin torpaqları gəzərək, necə gözəl ölkədə yaşadığımızın şahidi olaq. 
Fürsətdən istifadə edərək, Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edirəm. 

Hörmətlə, 

Məhərrəmova Türkan Elbəyi qızı 

Azərbaycan Respublikası, Gəncə şəhəri.