İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb

31 mart 2016, 22:10
İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb

Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb.

Con Rays Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi məhsuldar görüşlərin maraqla izlənildiyini dedi. O, “General Electric”-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verdi, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirdi.

Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğuladı. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirdi.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55