Gerb

31 mart 2016, 11:30

Hörmətli cənab Prezident!

Biz – Gəncədə yaşayan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri həmişə Sizi, dövlətimizi və dövlətçiliyimizi dəstəkləyirik. Torpaqlarımızın azad edilməsi, ölkəmizin müstəqilliyinin qorunması üçün canımızdan keçməyə hazırıq.

Son beş il ərzində Sizin sayənizdə və göstərişləriniz əsasında şəhərimizdə onlarla möhtəşəm tikili ərsəyə gəlib. Bu il fevralın 17-də Gəncəyə səfəriniz şəhər sakinlərini çox sevindirdi. Səfər zamanı açılışını etdiyiniz hərbi şəhərcik, tələbə yataqxanası, “Nizami” yarımstansiyası, körpələr evi-uşaq bağçası və orta məktəb binası, habelə fəaliyyəti və şəraiti ilə tanış olduğunuz “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “İmamzadə” dini kompleksi, şəhər xəstəxanası, “Gəncəçay” park-bulvar kompleksi, “Gəncə-2016-cı il Avropa Gənclər paytaxtı” parkı çox önəmli bir inkişafın təcəssümüdür.

Sizin sadə əmək adamları ilə səmimi ünsiyyətiniz, onların sosial rifahının və mədəni səviyyəsinin yüksəlməsinə, hər bir sahədə yeni texnologiyaların tətbiqinə olan həssas münasibətiniz insanlara güc-qüvvət verir. Məhz bunların sayəsində vətəndaşlarımızın müasir həyatla ən yaxşı şəkildə ayaqlaşmasının şahidiyik.

Möhtərəm Prezident, bu inkişaf bizi sevindirir, düşmənlərimizin isə gözünü çıxarır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Xanlar

Əliyev Eldəniz

Qarayev Zahir

Qəmbərov Rauf və başqaları (cəmi: 40 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.