Zəlimə Hüseynova və başqalarından, Tərtər, Azərbaycan
01 aprel 2016, 19:20
Möhtərəm cənab Prezident!
Tərtər rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun adını daşıyan küçənin abadlaşdırılması buranın sakinləri kimi bizi ürəkdən sevindirir. Küçə boyu salınmış yaşıllıq zolağı, müasir üslubda aqlay daşları ilə üzlənmiş hasarlar, yaradılan səliqə-sahman göz oxşayır.
Həmçinin qeyd etmək istəyirik ki, uzun illərdən bəri əziyyət çəkdiyimiz daha bir problemimiz də artıq həll olunub. Rayonumuzda vahid su-kanalizasiya sisteminin qurulması yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Hörmətli cənab Prezident, biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə küçəmizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Cəbhə bölgəsinin bir addımlığında bu gözəlliklərin yaradılması düşmənə göz dağıdır. Tərtərlilər Sizin siyasətinizi dəstəkləyir və hər an ordumuzla birgə düşmənə layiqli cavab verməyə hazırdırlar. Tanrı Sizi qorusun.
Dərin hörmət və ehtiramla,
Hüseynova Zəlimə, şəhid anası
Mehdiyeva Vəsilə
Qəndilov Elşad
Abdullayeva Zülfiyyə və başqaları.
Azərbaycan Respublikası, Tərtər rayonu.