05 aprel 2011, 12:30

Taleh Dostuyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin başladığı vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasının Sizin tərəfinizdən əzmkarlıqla davam etdirilməsi bir daha sübut edir ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Sizin Bülbülə qəsəbəsinə gəlişiniz və bizim problemlərimizlə yerində maraqlanmağınız sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Qəsəbədə infrastrukturun yaxşılaşdırılması və yeni məktəb binasının tikilməsi üçün verdiyiniz göstərişlərə görə bütün qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun.

Dostuyev Taleh Qardaşxan oğlu,

Bülbülə qəsəbəsi, Bakı.