02 aprel 2016, 12:30

Ramin Məmmədovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizə rəhbərlik etdiyiniz illərdə Azərbaycan çox sürətlə inkişaf edib. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün gördüyünüz işlər çox qürurvericidir. Sosial problemlər böyük ölçüdə öz həllini tapıb, əhalinin gəlirləri artıb, insanların firavan və əmin-amanlıq şəraitində yaşayışı təmin edilib. Dünyada baş verən böhranlar, ziddiyyətlər fonunda bunlar çox dəyərli faktlardır.

Hörmətli cənab Prezident, vətənpərvər vətəndaş kimi gördüyünüz bu işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün etdiyiniz xarici səfərlərin və apardığınız danışıqların müsbət nəticələnəcəyinə inanırıq. Yolunuz hər zaman açıq olsun.

Hörmətlə,

Məmmədov Ramin Şababa oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Separadi kəndi.