02 aprel 2016, 12:35

Zeynəb Mircəfərova və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin təşəbbüsünüzlə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına etdiyimiz səfər, orada bizə göstərilən qayğı, aldığımız təəssürat yaddaşımızdan heç vaxt silinməyəcək, gözəl bir xatirə olaraq qalacaqdır. Biz ölkəmizi gəzdikcə onu daha yaxından tanıyır, Azərbaycanın əsl tarixini və coğrafi xüsusiyyətlərini öyrənir, biliyimizi artırırıq. Atalar demişkən, çox gəzən çox bilər.

Əziz Prezidentimiz, bu təşəbbüsünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz Azərbaycanı insanlara tanıtdırdıqca onu daha çox sevdirir və özünüz də sevilirsiniz.

Hörmətlə,

Mircəfərova Zeynəb Abbas qızı

İsmayılov İsmayıl Bəradər oğlu

Quliyeva Nərmin İsmayıl qızı, Zəngilan rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Bakı şəhəri.