Gerb

02 aprel 2016, 17:00

Hörmətli cənab Prezident!

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsində iştirak etməkdən çox məmnunam. Məktəbimizin rəhbərliyi ilə məni bu layihəyə cəlb edəndə çox sevindim. Bu dördgünlük tur-aksiyada iştirak edəndə özümü dünyanın ən xoşbəxt insanı hiss etdim.

Biz Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasında olduq. Haqqında kitablardan oxuduğum Naxçıvanın gözəl təbiəti, tarixi yerlərini görmək məndə çox xoş təəssürat yaratdı. Yurdumuzun nə qədər gözəl olduğunun bir daha şahidi oldum. Naxçıvanın inkişaf edən sənayesini, turizmini öz gözlərimlə gördüm. Bundan başqa, Şahbuz, Ordubad, Kəngərli rayonlarının ən gözəl yerlərini gəzdim, Naxçıvan Avtomobil Zavodunda, Naxçıvan Sement Zavodunda, Badamlı qəsəbəsində və digər gəzməli-görməli yerlərdə olduq. Heydər Əliyev Muzeyi mənim üçün xüsusilə yaddaqalan oldu.

Möhtərəm Prezident, bizə bəxş etdiyini bu xoş təəssüratlara görə Binəqədi gəncləri adından Sizə təşəkkür edir, Vətənimə layiqli övlad olacağıma söz verirəm.

Hörmətlə,

Pənahov Əliəkbər Zahir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.