|
05 aprel 2011, 13:30
İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü keçirilmişdir
Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır. Siyasi əlaqələrimiz inkişafdadır və Sizin səfəriniz bunun bariz nümunəsidir. İqtisadi sahədə gözəl perspektivlər vardır və hökumətlərarası komissiya çox uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun. Mən əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək, səfərin çox gözəl nəticələri olacaq və səfərdən sonrakı dövrdə Yunanıstan və Azərbaycan birlikdə çox böyük işlər görəcəklər. Bir daha Sizi səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. X X X Yunanıstanın Prezidenti Karolos PAPULYAS səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: Çox sağ olun, cənab Prezident! Bizə göstərilən səmimi qonaqpərvərliyə görə şəxsən öz adımdan və Yunanıstan nümayəndə heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, sadəcə, Sizin burada dediyiniz sözləri bir daha təkrar etmək istəyirəm ki, bizim münasibətlərimizin gələcəyi parlaqdır. Təkbətək görüş zamanı əməkdaşlığımızın vacibliyi vurğulandı. Sizin Afinaya etdiyiniz rəsmi səfər böyük əhəmiyyət kəsb edir və bu, əslində, münasibətlərimizin inkişafında yeni bir mərhələyə çevrildi. İndi isə mən Sizin ölkənizdə səfərdəyəm və mən də ümidvaram ki, bu səfərim münasibətlərimizin inkişafına yeni təkan verəcəkdir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.