|
05 aprel 2011, 13:50
Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olmuşdur
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olmuşdur. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş”i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Dəniz nəqliyyatına dair saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzaladılar AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.