|
05 aprel 2011, 14:00
Rəfail Cəfərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramının icrası ilə əlaqədar, 2011-ci il martın 31-də Bülbülə qəsəbəsində olmağınız, bütün Suraxanı sakinləri kimi məni də çox sevindirdi. Əlamətdar haldır ki, Siz yerli sakinlərlə fikir mübadiləsi apardınız, problemlərlə yerində tanış oldunuz. Bülbülə qəsəbəsində görüş zamanı Bülbülə və Əmircan yolunun əsas magistrala - şəhərə çıxışının təmin olunmasına dair qəsəbə sakinlərinin xahişi Sizin göstərişinizdən sonra dərhal yerinə yetirilməyə başladı. Bu da əhalinin Sizə olan rəğbətini daha da artırdı. Qəsəbələrarası yolların asfaltlaşdırılması, işıqlandırılması, yeni məktəb binasının tikilməsi haqqında verdiyiniz göstərişlər, Atəşgah qoruq məbədinə diqqətiniz, bir sözlə, əhalinin rifahının yaxşılaşdırılması üçün atdığınız bütün addımlar suraxanılıların ürəyincədir. İnanırıq ki, Sizin gördüyüz böyük işlər yaddaşımızdan silinməyəcək. Hörmətli cənab Prezident! Sizə gördüyüz və görəcəyiniz böyük işlərdə uğurlar diləyir, bütün suraxanlılar və şəxsən öz adımdan Sizə təşəkkür edirəm. Biz Sizi daim dəstəkləmişik, Sizin daxili və xarici siyasətinizi bundan sonra da dəstəkləyəcəyik. Həkim Cəfərov Rəfail Cəfər oğlu Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakı. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.