Mahir Kərimovdan, Bakı, Azərbaycan
05 aprel 2011, 16:00
Möhtərəm cənab Prezident!
Sizin ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi həyata keçirdiyiniz işlər, daxili və xarici siyasətdə əldə etdiyiniz uğurlar bizi - sadə Azərbaycan vətəndaşlarını çox sevindirir.
Hörmətli cənab Prezident!
Martın 9-da keçirilmiş müşavirədə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair verdiyiniz tapşırıqlar və bu tapşırıqların qəsəbələrdə dərhal icrası bizi çox sevindirdi. Bülbülə sakinlərinin ikiqat sevincinə səbəb olan məqamlardan biri də Sizin qəsəbəmizə gəlişiniz və görülən işlərlə yerində şəxsən tanış olmağınızdır. 640 yerlik yeni məktəb binasının tikintisinə dair imzaladığınız Sərəncam, Heydər Əliyev prospektinə çıxışların açılması, Bülbülə qəsəbəsindən şəhər istiqamətinə yolun salınması və digər tapşırıqlarınızın dərhal həyata keçirilməsi Sizə olan inamımızı, məhəbbətimizi yüz qat artırır.
Bütün bu qayğı və diqqətinizə görə Bülbülə qəsəbəsinin sakinləri adından və şəxsən ailəm adından Sizə və ailənizə dərin təşəkkürlərimizi və minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi üçün Allahdan Sizə kömək və cansağlığı arzulayırıq.
Kərimov Mahir Kərim oğlu
Bülbülə qəsəbə sakini, Bakı, Azərbaycan.