|
06 aprel 2011, 16:45
İlham Əliyev Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul etmişdir. Valter Şvimmer Azərbaycanda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluq hissi keçirdiyini bildirdi. Bakıya hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayan Valter Şvimmer bunu Azərbaycanın davamlı iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirdi. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan dövlət başçısı Forumda çoxlu sayda ölkələri təmsil edən nümayəndələrin iştirakını qeyd edərək, Azərbaycanın çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə böyük uğurlar qazandığını, bu inkişafın paytaxtı və bütün regionları əhatə etdiyini bildirdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.