Eyyub Eyyubovdan, Bat Yam, İsrail
Text size
05 aprel 2016, 18:30
Hörmətli cənab Prezident.
Mən İsraildə yaşamağıma baxmayaraq, Azərbaycanda baş verənləri mətbuat vasitəsilə diqqətlə izləyirəm. Bir azərbaycanlı kimi Vətəni qorumaq, Dağlıq Qarabağımızı işğaldan azad etmək mənim borcumdur. Özüm İsraildə olsam da ürəyim Azərbaycandadır.
Möhtərəm Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu müharibədən qalib kimi ayrılacaq və bayrağımız daim yüksəklərdə dalğalanacaq. Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Eyyubov Eyyub İbrahim oğlu.
İsrail, Bat Yam şəhəri.