Gerb

07 aprel 2011, 16:00
W1siziisijiwmtuvmdyvmtuvn3picm90mdawz180odcwlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=fcf41b8dbd74d6ed

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğuladı.

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğuladı. Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.