06 aprel 2016, 10:15

Sadiqov Asif, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəla ordumuzun uğurları münasibətilə Sizi təbrik edirəm. Şəhidlərimizin ruhu şad olsun. Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Cənab Prezident, təmas xəttində ermənilərə belə layiqli cavab verdiyiniz üçün Sizə minnətdaram. Xahiş edirəm mənim ordu sıralarına qatılmağım üçün göstəriş verəsiniz.

Hörmətlə,

Sadiqov Asif Elşad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu