Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında ƏSASNAMƏ

08 aprel 2011, 20:30

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 355 nömrəli Fərmanına əsasən yaradılmışdır. İdarə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin (bundan sonra – Kompleks) vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İdarə müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, tabeliyində olan qurumlar tərəfindən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.
1.6. İdarə Bakı şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Kompleksin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək;
2.1.2. Kompleksin fəaliyyətini təmin etmək;
2.1.3. Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və kompleksin perspektiv inkişafını təmin etmək.

3. İdarənin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarənin vəzifələri aşağıdakılardır:
3.1.1. Kompleksin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı, bərpası və mühafizəsi sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.2. İdarənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı digər icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
3.1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.1.4. Kompleksin ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya işləri üzrə layihə-smeta sənədlərini müvafiq qurumlarla razılaşdırmaq və təsdiq etmək, müxtəlif qorunma tələbləri irəli sürmək;
3.1.5. Azərbaycan Respublikasının Dövlət bayrağının mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək, həmin məqsədlə muzey təşkil etmək;
3.1.6. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.7. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitlərindən, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;
3.1.8. fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.9. Kompleksin ərazisinin qorunması və mühafizəsi sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;
3.1.10. Kompleksin ərazisində törədilmiş inzibati xətalar və digər hüquq pozuntuları barədə müvafiq dövlət orqanlarına müraciət etmək;
3.1.11. fəaliyyət istiqamətlərinə uyğun mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
3.1.13. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.14. İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müvafiq tədbirlər görmək.

4. İdarənin hüquqları

4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Kompleksin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı, bərpası və mühafizəsi ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.1.2. zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək;
4.1.3. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;
4.1.5. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
4.1.6. tabeliyində olan qurumlar vasitəsilə Kompleksin bərpası və inkişafı üzrə layihə-smeta sənədlərinin hazırlanmasını, tikinti-quraşdırma, təmir və bərpa işlərini təşkil etmək;
4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz fəaliyyətinə cəlb etmək;
4.1.8. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

5. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarənin aparatı və tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. İdarənin Əsasnaməsinin və strukturunun təsdiq olunması, aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
5.3. İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.4. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.5. İdarə rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İdarə rəisinin müavini İdarənin rəisi tərəfindən ona həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.6. İdarənin rəisi:
5.6.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. İdarənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq olunmaq üçün təqdim edir;
5.6.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.6.4. İdarənin aparatının işçilərini, tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.6.5. öz səlahiyyəti daxilində icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;
5.6.6. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;
5.6.7. İdarəni təmsil edir;
5.6.8. İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
5.7. İdarənin rəisinin, rəis müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
5.8. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər. Elmi-Texniki Şura haqqında Əsasnamə İdarənin rəisi tərəfindən təsdiq edilir. 

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55