Gerb

06 aprel 2016, 18:25

Hörmətli Prezident, canım qardaşım.

Son günlər Azərbaycan əsgərlərinin erməni işğalçıları ilə döyüşlərdə şəhid olmasını böyük kədər hissi ilə öyrəndim. Eyni zamanda, qəhrəman Azərbaycan əsgərlərinin işğalçılara sarsıdıcı zərbələr endirdiyini də öyrənərək çox sevindim.

Bunu bilməyinizi istəyirəm ki, Türkiyə dövləti və xalqı sizin yanınızdadır. Siz bizim qardaşımızsınız. Qardaşlığımıza xələl gətirmək istəyənlərə fürsət verməyərək birlikdə daha böyük uğurlara nail olacağıq. İnşallah, “bir millət, iki dövlət” düşüncəsi ilə Azərbaycanın daha böyük qələbələrinə sevinəcəyik.

Qarabağ Azərbaycanındır. Qarabağda Azərbaycanın şanlı bayrağı dalğalanana qədər mübarizə aparacağınızı bilir və bu yolda sizi dəstəkləyirik. Mübarək mübarizəniz uğurlu olsun. Yaşasın Türkiyə, Yaşasın Azərbaycan.

Hörmətlə,

İzzet Sarı

Türkiyə Respublikası, Kastamonu şəhəri