06 aprel 2016, 19:20

Fuad Şamilov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Torpaqlarımızın işğaldan azad edilməsində qazanılan qələbə münasibətilə Sizi təbrik edirik. Olimpiya, dünya və Avropa yarışlarında qazandığımız uğurlar kimi hərbçilərimizin cəbhədəki qələbələri də  Sumqayıt idmançılarında və  məşqçilərində böyük qürur hissi yaradır. Bütün bu qələbələr Sizin qətiyyətli siyasətinizin bariz nümunəsidir. Vətənimizin azadlığı və qorunması naminə  gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Şamilov Fuad, “Təhsil” Respublika İdman Cəmiyyətinin Sumqayıt şəhər filialının məşqçisi

Quliyev Müşviq, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi

Salmanov Orxan

Quliyev Orxan

Müslümov Zahid, Sumqayıt şəhər 1 və 2 saylı uşaq-gənclər idman məktəblərinin məşqçiləri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.