İlham Əliyev Ələt-Astara–İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur

14 aprel 2011, 18:55
İlham Əliyev Ələt-Astara–İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlət başçısı yeni yolun tikildiyi əraziyə gəldi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu əvvəllər 243 kilometr olmuşdur. Layihələndirmə zamanı daha optimal marşrutlar seçilmiş və yenidənqurma nəticəsində yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaqdır. Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi dördzolaqlıdır. Burada iki yolötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri dördzolaqlı olmaqla, yolötürücülərin birinin uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. İndiyədək layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilmişdir. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması planlaşdırılmışdır.

Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə sərbəst və maneəsiz hərəkətinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43