Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Text size Plus Minus

10 may 2010, 12:10

Ümummilli lider Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi