İlham Əliyev Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

14 aprel 2011, 20:12
İlham Əliyev Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev yenidən qurulmuş Nizamı Gəncəvi parkı ilə tanışlıqdan sonra Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram, Nizami parkının yenidən qurulması münasibətilə təbrik edirəm. Çox gözəl park yarandı, yenidən quruldu. Dahi Nizaminin abidəsi qoyulubdur. Bütün bu işlər məni çox sevindirir. Çox şadam ki, yenidən Masallıdayam, sizinlə görüşürəm.

Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Bildiyiniz kimi, əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmişdir, göz xəstəxanasının filialı açılmışdır, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri gedir. Ancaq indiki mərhələdə uzun illər həllini gözləyən məsələlər də artıq həll olunur. İlk növbədə qazlaşdırma layihəsi. Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq.

Elektrik enerjisi ilə təchizatda heç bir problem, məhdudiyyət yoxdur. Ölkə üzrə bu məsələ öz həllini tapıb. Ona görə bu barədə heç məsələ qaldırılmır. Qarşımızda qazlaşdırma məsələsi dayanır. Biz bunu həll edirik. İçməli su, kanalizasiya problemlərinin həlli də çox vacib məsələlərdir. Bu məsələlər də demək olar ki, ölkə miqyasında hazırda kompleks şəkildə öz həllini tapır. Hər bir şəhərdə, hər bir rayonda su, kanalizasiya xətləri çəkilir, o cümlədən Masallının su, kanalizasiya layihələri də yəqin ki, bir neçə aydan sonra icra olunmağa başlanacaqdır. Görüləcək işlər nəticəsində bu tarixi problem öz həllini tapacaqdır.

Biz bütün bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, sosial və iqtisadi inkişaf məsələləri öz həllini tapsın, konkret layihələr icra olunsun. Bu, konkret işin nəticəsidir. Ümid edirəm ki, su, kanalizasiya problemi nəinki Masallıda, bütövlükdə ölkədə bir neçə ildən sonra öz həllini tapacaqdır. Bununla bərabər, hətta sosial infrastrukurun yaradılmasına diqqət göstərilir. Mənə verilən məlumata görə, son illərdə Masallıda iyirmidən çox məktəb tikilib, məktəblər təmir edilir. Bu da çox vacibdir. Amma hələ yenə də qəzalı vəziyyətdə məktəblər vardır. Biz onların da təmiri ilə məşğul olacağıq. Kənd yollarının tikintisi layihələri gündəlikdə dayanır. Bu məsələ ilə də məşğul oluruq.

Son yeddi ildə Masallıda ümumi məhsulun buraxılışı iki dəfə artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadi sahədə də irəliləyiş vardır, iş yerləri açılır, yeni müəssisələr yaradılır və kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, istənilən sahədə konkret proqramlar icra olunur və Masallının inkişaf proqramı əlbəttə ki, xüsusi diqqət altındadır.

Ölkəmizdə bütövlükdə bütün bölgələrdə regional inkişaf proqramı icra edilir, o cümlədən Masallı rayonunda. Bütün ölkə əhəmiyyətli layihələr Masallı üçün də əhəmiyyətlidir. Onların arasında mən üç il bundan əvvəl Lənkəran aeroportunun açılışını qeyd etmək istəyirəm. Çünki Masallı rayonunun əhalisi də bu imkanlardan istifadə edir. İndi beynəlxalq uçuşlar da təşkil edilir. Bakı-Astara avtomobil yolunun tikintisi gedir. Bu da Masallıya yeni imkanlar yaradacaqdır. Yəni, ölkə əhəmiyyətli layihələr, o cümlədən bu rayonlara da öz müsbət təsirini göstərəcəkdir. Nəticə etibarilə 2013-cü ilə qədər ikinci regional proqramın icrası sayəsində ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.

Mən bu gün Masallıda olarkən bir daha qeyd etmək istəyirəm ki, cənub bölgəsinin inkişafına xüsusi diqqət göstərilir. Bu bölgənin böyük potensialı vardır. Həm kənd təsərrüfatının, sənayenin, həm də turizmin inkişafı üçün şərait yaradılmalıdır və yaradılır. Bütün sosial, iqtisadi məsələlər öz həllini tapır və tapacaqdır.

Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Masallı rayonu öz inkişafını sürətlə davam etdirsin və burada işlər həmişə olduğu kimi yaxşı getsin.

X X X

Rayon sakini masallılılar adından minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident! İcazə verin, Sizi Masallı

ictimaiyyəti adından salamlayım və rayonumuza “Xoş gəlmisiniz!” deyim. Bu gün ölkəmiz Sizin rəhbərliyiniz altında hər bir azərbaycanlının fəxr edəcəyi və qürur duya biləcəyi bir məkana çevrilmişdir. Şəhərlərimiz, rayonlarımız, kəndlərimiz abadlaşır. Eyni zamanda, bizim doğma Masallımız da gündən-günə gözəlləşir, abadlaşır. Təbii ki, bu inkişaf, bu yüksəliş Sizin tapşırığınızla, adınızla bağlıdır. Hər bir azərbaycanlı Sizin bu xalqa etdiyiniz və bu xalqın qarşısında çəkdiyiniz zəhmətləri yüksək qiymətləndirir. Xalq həmişə Sizi dəstəkləyir, həmişə Sizin arxanızda olub və bundan sonra da həmişə arxanızda olacağıq. Çünki Siz xalqın seçilmiş sevimli Prezidentisiniz. Xalqına arxalanan, dağa söykənər deyiblər. Bu deyim elə-belə deyilməmişdir.

Hörmətli Prezidentimiz, təbii ki, Sizin də qeyd etdiyiniz kimi, görülən bu işlər heç kimi arxayınlaşdırmır. Hamımız gözləyirik və sevinirik ki, Azərbaycanımız gündən-günə bir daha gözəlləşsin, bir daha inkişaf etsin, dünyaya səs salsın. Azərbaycan bu gün dünya meydanlarında beynəlxalq forumların, konfransların, beynəlxalq yarışların məkanına çevrilmişdir.

Elə bu yaxınlarda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi və bu Forumda birinci xanım Mehriban Əliyevanın çıxışı əlbəttə ki, diqqətəlayiqdir. Mehriban xanımın oradakı gözəl çıxışında bir məqam - bütün xalqları bir-birilərinin dinlərinə hörmət etmək çağırışı heç birimizin yadından çıxmır. Orada Azərbaycan xalqının böyük qızının belə bir cümləsini burada qeyd etmək istəyirəm: Dinlərimiz müxtəlif olsa da, dualarımız hamısı birdir.

Biz əminik ki, Siz və Mehriban xanım Azərbaycanın xalqının elminin, mədəniyyətinin, Azərbaycan dünyasının inkişafına həmişə böyük töhfələr vermisiniz və bundan sonra da böyük töhfələr verəcəksiniz. Amma düşmənlərimizin, adını müxalifət qoyan bəzi insanların gözü ölkəmizin uğurunu götürmür. Biz həmişə belə insanları lənətləmişik və bundan sonra da lənətləyəcəyik. Çünki Azərbaycan inkişaf edir. Bax budur inkişaf, bax budur tərəqqi. Biz bunu necə danaq?

Hörmətli Prezident, mən Masallı ictimaiyyəti adından Sizə “çox sağ olun!” deyirəm.

Sizin hər gəlişiniz bizim üçün böyük bayramdır. Sizə və ailənizə cansağlığı, uğurlar və doğma Azərbaycanımıza müvəffəqiyyətlər arzulayıram. 

Prezident İlham ƏLİYEV:

- Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da ölkəmiz bütün sahələrdə inkişaf edir. Həm ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir, həm də bütün sosial-iqtisadi məsələlər həll olunur. İndi biz bunu Masallı rayonunun timsalında da görürük. Qazlaşdırma, su, kanalizasiya, yollar, elektrik enerjisi təchizatı, infrastruktur, məktəblər, tibb məntəqələri. Yəni bütün bu məsələlər onu göstərir ki, ölkə sürətlə inkişaf edir. Əlbəttə, beynəlxalq aləmdə mövqelərimiz daha da möhkəmlənir. Azərbaycan nadir imkanlara malikdir və biz bu imkanlardan istifadə edirik.

Burada qeyd etdiyiniz Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda yüksək səviyyədə keçirilməsi bütün dünyaya Azərbaycanı olduğu kimi təqdim etdi. Biz ilk növbədə, öz milli dəyərlərimizə sadiqik. Bugünkü müstəqil dövlətimiz məhz milli dəyərlər üzərində qurulmuşdur. Biz öz dini ənənələrimizə sadiqik. Müqəddəs İslam dininin dünyada təbliği üçün Azərbaycan çox böyük işlər görür. Azərbaycanda din-dövlət münasibətləri elə qurulub ki, bu, bütün ölkələr üçün nümunə, örnək olmalıdır. Eyni zamanda, bütün başqa dinlərin nümayəndələrinə də həmişə Azərbaycanda xoş münasibət olub və bu münasibət bu gün də vardır. Milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına və bütün Azərbaycan vətəndaşlarına xas olan məsələlərdir.

Bu forumun yüksək səviyyədə keçirilməsi, Forum çərçivəsində çox mühüm və dəyərli fikirlərin səslənməsi, əlbəttə ki, müasir Azərbaycanın gücünü göstərir. Yenə də deyirəm, istənilən sahədə ölkəmiz böyük fərəh hissi ilə özünü dünyaya təqdim edir. Həm iqtisadi inkişaf, həm siyasi sabitlik, həm dünyaya baxışlarımız, Azərbaycanda sözün əsl mənasında vətəndaş cəmiyyətinin formalaşması, dini dəyərlərə münasibətimiz, bütün bunlar bizi gücləndirir.

Bu gün biz dünyanın müxtəlif yerlərində münaqişələri, qarşıdurmaları, o cümlədən dini zəmində baş verən münaqişələri görürük. Əlbəttə, bütün bunlar onu göstərir ki, hər bir ölkə ancaq düzgün siyasət nəticəsində inkişaf edə bilər. Ölkəmizin inkişafı müxtəlif istiqamətlərdə gedə bilər. Bizim seçdiyimiz yol, ən düzgün yoldur. Həm sabitlik qorunur, həm insanların təhlükəsizliyi təmin edilir, həm də sosial və iqtisadi məsələlər həll olunur. Dünyada mövqeyimiz güclənir. Biz ölkəmiz üçün, dünya üçün çox vacib nəhəng enerji layihələrini icra edirik. Bu gün Azərbaycan dövləti müstəqil dövlət kimi tam formalaşıb. Dövlətçiliyimizin əsasları tam şəkildə qurulub və biz bu gün daxili imkanlar hesabına yaşayırıq.

Əgər bizdə güclü iqtisadi əsaslar olmasaydı və neft siyasətimiz düzgün aparılmasaydı, bu gün biz də o vəziyyətə düşə bilərdik. Amma kim bizə kömək edəcəkdir? Biz indi bölgədə gedən proseslərə müəyyən mənada ikili standartlarla yanaşmanı görürük. Bu barədə mən öz fikirlərimi bildirmişəm. Biz uzun illərdir ki, ikili standartlarla üzləşirik. Bizə əgər kimsə kömək etsəydi belə, yəqin ki, bu köməyi təmənnasız göstərməzdi. Amma bu gün bizim ehtiyacımız yoxdur. Çünki biz özümüz özümüzü təmin edirik. Biz artıq böyük maliyyə resursları yığmışıq, iqtisadi inkişaf gedir. Böhranlı illərdə manatın məzənnəsini sabit saxlamışıq, imkan verməmişik ki, sosial cəhətdən aztəminatlı insanlar əziyyət çəksinlər.

Böhranlı 2009-2010-cu və 2011-ci illərdə sosial proqramlar icra edilib. Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaqdır. Suya olan borclar silinir. Budur, bizim siyasətimiz. Bizim siyasətimiz sosialyönümlüdür. Eyni zamanda, biz müstəqilliyin gücləndirilməsi üçün bütün imkanlardan istifadə edirik və edəcəyik. Biz müstəqil yolumuzdan dönməyəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik. Bunu etmək üçün, əlbəttə, hər bir rayonda və hər bir kənddə bütün problemlər həll olunmalıdır. Buna görə mənim bölgələrə səfərlərim, bilirsiniz, mütəmadi xarakter daşıyır. Çalışıram, hətta hər bir kəndə gedim, soruşum ki, əlavə nə etməliyik, harada çatışmayan nəsə varsa, biz onu da düzəldək.

İndi mənə verilən məlumata görə Masallıda əsas məsələlər həll olunub. Əgər hansısa əlavə bir məsələ, yəni öz həllini gözləyən məsələ varsa mənə deyin, biz onu da həll edək. Mənim işim bundan ibarətdir. Çox sevinirəm ki, Masallıda abadlıq-quruculuq işləri aparılır. Burada dediyim layihələr icra ediləndən sonra işlər daha da yaxşı olacaqdır.

X X X

Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

X X X

Sonra Milli Məclisin deputatı Elmira Axundova və rayonun sakinləri Masallıda məişət tullantılarının təmizlənməsi üçün yeni poliqonların ayrılması, kəndlərarası yolların inşası, texniki peşə məktəbinin yenidən qurulması, turizm sektoru üçün ixtisaslı kadrların hazırlanması, taxılçılığın, o cümlədən toxumçuluğun daha da inkişafı ilə bağlı məsələlərdən danışdılar və bu sahələrdə mövcud problemlərin aradan qaldırılması üçün dövlətimizin başçısından kömək göstərilməsini xahiş etdilər.

Prezident İlham Əliyev qaldırılan bütün məsələlərin həlli üçün müvafiq tapşırıqlarını verdi.

X X X

SAKİN: Mən bir ruhani, həm də seyid övladı kimi, Sizə bu işdə uğurlar arzulayıram. Həmişə Sizin atdığınız addımları bəyənirik, dəstəkləyirik. Hər vaxt məclislərimizdə biz Sizə dua edirik. Həzrəti Peyğəmbərin sözü vardır, deyir ki, müharibəyə gedəndə arxada qalan qocalar, yaşlılar, möminlər dua etsinlər. Biz də Sizin hər atdığınız addım üçün həmişə dua edirik, Allaha üz tuturuq. Allah özü Sizə yar olsun. Atdığınız hər bir addımı, apardığınız siyasəti biz ürəkdən bəyənirik.

Sağ olun! 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43