İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışında iştirak etmişdir

15 aprel 2011, 13:10
İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak etmişdir.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxdı.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir.

Bildirildi ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyev 2010-cu il aprelin 21-də “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır.

Dövlət başçısına məlumat verildi ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşmüşdü. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində eni 2,6 metr olan piyada yolu salınmışdır. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülmüşdür. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilmiş, 5 avtobus dayanacağı tikilmişdir.

Bildirildi ki, müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxmışdır.

Prezident İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra yolun açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43