18 aprel 2011, 13:30

Sara Quliyevadan, Bülbülə qəsəbəsi, Bakı

Əziz və hörmətli Prezident!

2011-ci il aprelin 11-ndə yaşadığım Bülbülə qəsəbəsinin abadlaşdırılmasında növbəti bir irəliləyiş oldu. Siz bizim qəsəbədə yeni bir gözəlliyin yaradılmasını təmin etməklə iki böyük qəsəbənin əhalisinin probleminin həllinə kömək oldunuz. Şəhərə çıxışımızı təmin edən yolun tez biz zamanda səliqə-səhmana salınması, keyfiyyəti və gözəlliyi bizi valeh etdi. H.Əliyev prospektinin qürurverici gözəlliyinə bir gözəllik də qatıldı.

Cənab Prezident!

Son günlər Bülbülə qəsəbəsi tikinti meydançasına çevrilmişdir. Sizin 9 mart 2011-ci il tarixli müşavirənizdən sonra digər qəsəbələrdə olduğu kimi Bülbülədə də yeni yollar çəkilir, kanalizasiya və su şəbəkələri yenilənir. Görülən və görüləcək işlər biz sakinləri çox sevindirir. Biz Sizin kimi xalqını sevən, onu düşünən, firavan yaşayışı üçün tədbirlər görən Prezidentlə fəxr edir, qürur duyuruq.

Sizə və ailənizə cansağlığı arzulayır, xarici və daxili siyasətinizdə nailiyyətlər diləyirəm.

Hörmətlə,
Sara Quliyeva, Bülbülə qəsəbəsi, Bakı.