11 aprel 2016, 18:57

Nizami Heydərovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Sizinlə fəxr edirik. Sizin rəhbərliyinizlə Tərtərin qəhrəman oğulları Vətən uğrunda döyüşlərdə şərəfli səhifələr yazırlar. Biz  - Qarabağ müharibəsi iştirakçıları Sizin qətiyyətinizi alqışlayırıq. Qürur duyuruq ki, Sizin kimi Prezidentimiz var. Biz həmişə Sizinləyik.

Cənab Ali Baş Komandan, Hər an Sizin əmriniz gözləyirik. Qarabağ müharibəsi veteranları könüllü olaraq vətən uğrunda döyüşlərə hazırdırlar.

Azərbaycan Ordusu düşmən təxribatlarına verdiyi tutarlı cavabla bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi. Ulu Tanrı Sizi və Ordumuzu qorusun.  

 

Hörmətlə,

Heydərov Nizami Firudin oğlu, Vətən müharibəsi Veteranlar Birliyi Tərtər Rayon Şöbəsinin rəisi, müharibə veteranı, I qrup əli, “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan leytenant. 

Azərbaycan Respublikası, Tərtər şəhəri.